“Metallist”in baş məşqçisi: Uğur bizə asan başa gəlmədi
“Neftçi” yaxşı, mübariz komandadır, sərt oynayır. Bu gün qələbə qazansaq da, uğur bizə asan başa gəlmədi”. İdman.az saytının xəbərinə görə, bunu Ukraynanın “Metallist” klubunun baş məşqçisi Miron Markeviç deyib.

Antalya şəhərində təşkil olunan Əhməd Qədirovun xatirəsinə həsr edilən beynəlxalq turnirin ilk matçında “Metallist” Azərbaycan çempionu “Neftçi”ni 3:1 hesabı ilə məğlub edib. O qeyd edib ki, komandalar arasındakı səviyyə fərqi aşkar görünüb: “Bunun da səbəbə odur ki, bizdə səviyyəli futbolçular daha çoxdur”.


Xəbər 918 dəfə oxundu.