UEFA iki yığma komandanı cəzalandırdı
UEFA Macarıstan və Rumıniya yığmalarını cəzalandırıb.

Buna hər iki yığmanın "Avro-2016"nın seçmə mərhələsinin son oyunlarında baş verənlər səbəb olub. F qrupunda qərarlaşan Macarıstan və Rumıniya yığmalarının sentyabrın 4-də Budapeştdə keçirilən oyununda yerli azarkeşlərin təhlükəsizlik qaydalarını pozması və irqçi şüarlar səsləndirməsi meydan sahiblərinə baha başa gəlib. UEFA Nizam-İntizam Komitəsi Macarıstan Futbol Federasiyasını 70 min avro cəzalandırıb. Üstəlik Macarıstan millisi növbəti ev matçını boş tribunlar önündə keçirəcək.

Rumıniya yığması isə sentyabrın 7-də Yunanıstanla keçirilən görüşdə baş verən hadisələrə görə cərimələnib. Həmin matçda yunan azarkeşlərin qaydalar zidd davranışı, pirotexniki vasitələrdən istifadə etmələri və qadağan olunmuş bannerlər açmaları səbəbindən UEFA Nizam-İntizam Komitəsi Yunanıstan Futbol Federasiyasına 60 min avro cəza kəsib. Macarıstan millisi kimi yunanlar da ev oyununu boş tribunlar önündə keçirməli olacaq.

Xəbər 658 dəfə oxundu.