Ferqyusonun gedişinin sirri açıldı
“Mançester Yunayted”in əfsanəvi məşqçisi Aleks Ferqyuson komandadan gedişinin səbəbini açıqlayıb.

Ferqyuson 2013-cü ildə baş məşqçi postundan həyat yoldaşına görə ayrıldığını etiraf edib. O, həyat yoldaşına dəstək olmaq üçün bu addımı atdığını bildirib. Həmin ərəfədə ser Aleksin həyat yoldaşı Ketinin əkiz bacısı Bricet dünyasını dəyişib.

Bu da Ketiyə pis təsir edib. Psixoloji gərginlik altında olan həyat yoldaşına dəstək vermək üçün Ferqyuson sevimli işindən ayrılmalı olub. Şotland mütəxəssis bildirib ki, 2002-ci ildə futboldan gedişinə mane olan Keti bu dəfə onun qərarını dəstəkləyib:

“Bir dəfə gecə həyat yoldaşım televizora baxırdı. Amma gördüm ki, onun nəzərləri televizorda yox, tavandadı. Hiss etdim ki, onun qəlbi viran olub. Siz bilirdiz ki, o, Bricetlə əkiz idi?

Ona deyəndə ki, karyeramı bitirirəm, buna etiraz etmədi. Bilirdim ki, o, bunu istəyir. Keti həmişə məni gözləyib. Hətta gecə saat 3-4-də gələndə də o, məni qarşılayırdı”.


Xəbər 664 dəfə oxundu.