"Xəzər Lənkəran"ın Olimpiya stadionu planı
Premyer Liqanın V turu çərçivəsində sabah, sentyabrın 20-də “Neftçi” ilə səfərdə qarşılşacaq “Xəzər Lənkəran” bu gün oyunönəsi son məşqini keçirəcək.

Hazırda paytaxtın “Nev Baku” otelində məkskunlaşan komanda son hazırlığına saat 21:00-da başlayacaq. Lakin məşq oyunun baş tutacağı “Bakcell Arena” stadionunda deyil, Bakı Olimpiya Stadionunun məşq meydançasında keçiriləcək. Buna səbəb kimi isə “Bakcell Arena”nın ot örtüyünün qorunması və “Böyük oyun”un başlama saatına qədər daha yaxşı vəziyyətə gətirilməsi məqsədi göstərilir.

Beləliklə, “Xəzər Lənkəran” bu gün, sentyabrın 19-da saat 21:00-da Bakı Olimpiya Stadionunun məşq meydançasında oyunöncəsi son məşqini keçirəcək. Hazırlıq prossesi azarkeşlər üçün açıq olacaq. (12cioyuncu.info)

Xəbər 834 dəfə oxundu.