"Bakı-2015" vaxtı qəzaya düşən avstriyalı idmançıdan yeni xəbər
Oxunub: 276 Vaxt: 02:21 09/19/2015 Son 24 saat

Vanessa xəstəxananı tərk edəcək

Avstriyalı sinxron üzgüçü Vanessa Sahinoviç tezliklə müalicə olunduğu xəstəxananı tərk edəcək.

Avstriya Milli Olimpiya Komitəsindən verilən məlumata əsasən, Avropa Oyunları öncəsi Bakıda avtobus qəzasında xəsarət almış avstriyalı atlet bu ayın sonunadək xəstəxanadan buraxılacaq, reabilitasiya kursuna başlayacaq.

Avstriya Milli Olimpiya Komitəsinin baş katibi Peter Mennel bildirib ki, Aşağı Avstriyada yerləşən reabilitasiya mərkəzlərindən birində V. Sahinoviç ən optimal şərtlər altında müalicəsini davam etdirəcək və reabilitasiya prosesi keçəcək.

Xəbər 2347 dəfə oxundu.