"Xəzər Lənkəran"la "Neftçi" Bakı Olimpiya stadionunda
"Bakcell Arena"nın ot örtüyünün Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində keçiriləcək "Neftçi" - "Xəzər Lənkəran" matçına kimi hazır vəziyyətə gətirilməsi məqsədi ilə hər iki komanda oyun öncəsi son məşqini Bakı Olimpiya Stadionunda keçirəcək.

Hazırlıq Olimpiya Stadionunun məşq meydançasında baş tutacaq.
Məlum dəyişikliklə əlaqədar olaraq oyun öncəsi təşkil olunacaq brifinqdə iştirak etmək istəyən jurnalistlərə "Neftçi" PFK tərəfindən avtobus ayrılacaq. Avtobus saat 18:45-də Gənclik metrostansiyasının qarşısından yola düşəcək.

Xatırladaq ki, "Neftçi"nin baş məşqçisi Samir Əliyevin iştirakı ilə keçiriləcək brifinq saat 19:30-da başlayacaq. "Neftçi"nin mətbuat nümayəndələri üçün açıq məşqi saat 20:00-da keçiriləcək.

Xəbər 642 dəfə oxundu.