Klinton Njie: Tottenhem belə qələbəyə layiq idi
İngiltərənin "Tottenhem" klubunun yarımmüdafiəçisi Klinton Njie Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. O, klub saytına açıqlamasında 3:1 hesabıyla qalib gəldikləri oyundan sonra bunları söyləyib:

"Yaxşı oyun alındı. Biz üç qol vurmağa nail olduq. Baxmayaraq ki, birinci qolu biz buraxmışdıq. Mən özüm hesab 2:1 olarkən meydana çıxdım. Topa sahib olan tərəf biz olsaq da, meydanda istənilən hadisə baş verə bilərdi. Rəqibin qol vuracağına dair təhlükə hər an olur. Amma öz işimizin öhdəsindən layiqincə gəldiyimizi düşünürəm. Qələbədən razıyam. Biz bu qələbəyə layiq idik. Bu, çox yaxşı start idi".

Xəbər 613 dəfə oxundu.