Qarabağ artıq Gəncədədir
Avropa Liqasının qrup mərhələsi çərçivəsində İngiltərənin "Tottenhem" klubunun qonağı olan "Qarabağ" artıq vətənə qayıdıb. Ağdam klubu Londondan birbaşa Gəncəyə yollanıb.

Qurban Qurbanovun komandası Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində məhz "Kəpəz"in qonağı olacaq. Bu üzdən də ağdamlılar birbaşa Gəncəyə getməyə üstünlük veriblər.

Qeyd edək ki, "Tottenhem"ə 1:3 hesabıyla uduzmuş "Qarabağ"ın "Kəpəz"lə oyunu sentyabrın 20-də keçiriləcək və saat 16:30-da start götürəcək.

Xəbər 745 dəfə oxundu.