Kamran Ağayevli "Karşıyaka" bu gün növbəti matçına çıxır
Bu gün Türkiyə PTT I Liqasında V tura start veriləcək.

Millimizin qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu "Karşıyaka" da növbəti sınağına çıxacaq. Karşıyaka təmsilçisi doğma meydanda "1461 Trabzon" klubunu sınağa çəkəcək. Oyun Bakı vaxtı ilə 21:30-da başlayacaq.

Qeyd edək ki, "Karşıyaka" hazırda 4 oyundan sonra 5 xalla 11-ci pillədədir.

Xəbər 625 dəfə oxundu.