"Zirə" ilə matç öncəsi "Rəvan"da ciddi itki
Premyer Liqanın 5-ci turunda sabah "Zirə" ilə qarşılaşacaq "Rəvan" bu matça ciddi itki ilə çıxacaq.

Komandanın yarımmüdafiəçisi Yamin Ağakərimzadə cəzalı duruma düşdüyü üçün bu matçda forma geyinməyəcək. Belə ki, o, bundan əvvəlki 4 matçda ("Sumqayıt", "Qarabağ", "Xəzər Lənkəran" və "Neftçi") sarı vərəqə ilə cəzalanaaraq vərəqə limitini tamamlayıb.

Qeyd edək ki, "Zirə" - "Rəvan" matçı sabah saat 21:00-da start götürəcək.

Xəbər 664 dəfə oxundu.