Gəncənin “Kəpəz” klubu heyətini daha bir futbolçu ilə gücləndirib
Gəncənin “Kəpəz” klubu heyətini daha bir futbolçu ilə gücləndirib.

Komanda “Xəzər-Lənkəran”dan Rəşad Eyyubovu heyətinə qatıb. İyirmi üç yaşlı hücumçu ilə birillik müqavilə bağlanılıb.

Odessa futbol məktəbinin yetirməsi olan futbolçu ölkəmizə 2011-ci ildən çıxış edir. Onun Azərbaycanda ilk klubu “Simurq” olub. Rəşad müxtəlif yaş qrupları üzrə yığma komandaların da formasını geyinib. Gənc hücumçu ötən mövsüm göstərdiyi oyunla əsas millinin baş məşqçisi Robert Prosineçkinin də diqqətini cəlb edərək yığmaya dəvət alıb.

AZƏRTAC

Xəbər 668 dəfə oxundu.