Avropa Komissiyasına şikayət hazırlanır - UEFA-dan
UEFA transferlərlə bağlı şikayətləri məhkəmədən kənarda həll etmək niyyətindədi.

Bu barədə jurnalistlərə açıqlamasında UEFA-nın baş katibi Canni İnfantino bildirib. Dünən məlum olub ki, FİFPro klublararası keçidlərin mövcud prinsiplərindən Avropa Komissiyasına şikayət təqdim edəcək. Mövcud transfer sistemi 2001-ci ildə təsdiq edilib.

Avropa İttifaqı ilə UEFA arasında bağlanan sazişdə gənc futbolçuların hüquqlarının qorunması, müqavilə şərtləri pozularkən cərimə sisteminin tətbiqi, peşəkar müqavilələrin bağlanması prinsipləri yer alıb.

Sazişdə oyunçular və klublar üçün müqavilələrin bağlanması və transfer bazarında böyük və kiçik iştirakçılar arasında sabitliyi təmin etmək prinsipi də nəzərə alınıb. İnfantino FİFPro-nun addımını təqdir etmədiklərini bildirib:

“Əlbəttə, biz FİFPro-nun niyyətindən məyusuq. Hesab edirik ki, bu məsələnin həlli məhkəmədən kənarda axtarılmalıdı”.
İnfantino onu da bildirib ki, transferlərlə bağlı səlahiyyətlər UEFA-ya yox, FİFA-ya məxsusdu.

Xəbər 648 dəfə oxundu.