"Belə yarışlar avrokubok görüşlərində köməyimizə gələcək"
"Neftçi"nin makedoniyalı futbolçusu Slavço Georgiyevski, Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Qədirovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir haqda danışıb. İdman.com.az-ın məlumatına görə, yarımmüdafiəçi klubunun rəsmi saytına açıqlamasında belə bir turnirə qatılmağın komandaları üçün əhəmiyyətli olduğunu bildirib.

O, fikrini güclü komandalarla mübarizə aparacaqları ilə əsaslandırıb: “Avropanın müxtəlif ölkələrinin komandaları ilə oynamaq avrokubok görüşlərində köməyimizə gələcək. Düzdür, turnirin təqvimindən narazıyam. Ona görə ki, biz 24 saat ərzində 2 oyun keçirəcəyimiz halda rəqiblərin istirahət etməyə daha çox vaxtı olacaq.

Məsələn, dünən ilk oyununu keçirən ikinci rəqibimiz Polşanın "Poloniya" klubu bizdən fərqli olaraq bu gün istirahət edib, sabah yenidən meydana çıxacaq. Çox istərdim ki, gələcəkdə belə qüsurlar aradan götürülsün".

Xəbər 910 dəfə oxundu.