Oktyabrda "Beşbarmaq" dağında qayayadırmanma üzrə açıq respublika çempionatı keçiriləcək
Oktyabrın 3-4-də Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Siyəzən rayonunun inzibati ərazisində yerləşən "Beşbarmaq" dağında qayayadırmanma üzrə açıq respublika çempionatı keçiriləcək.

Yarış kişilər və qadınlar arasında təsnifat, yarımfinal və final olmaqla üç mərhələdə təşkil olunacaq.

Çempionatda iştirak etmək üçün oktyabr 1-dən Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasında qeydiyyatdan keçərək tibbi arayış təqdim etmək tələb olunur.

Xəbər 557 dəfə oxundu.