"Həmin epizodda penalti yox idi" – "Tottenhem"in futbolçusu
"Debüt matçımda özümü çox yaxşı hiss etdim. Stadiondakı atmosfer fantastik idi".

Bu sözləri "Tottenhem"in futbolçusu Kiran Tripier klubun rəsmi saytına açıqlamasında deyib.

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a qalib gəldikləri matç (3:1) haqda danışan Kiran səbəb olduğu penalti epizodunu belə şərh edib:

"Penalti epizodu bir uğursuzluq idi. Həmin epizodda penalti olmadığını düşünürəm. Ancaq futbolda belə hallar olur. Biz də rəqibə yaxşı cavab verdik. Qol buraxdıqda matçın əvvəlləri idi. Lakin biz geridönüş edərək qısa zaman kəsiyində iki qol vurmağı bacardıq. Bu qollara ehtiyacımız var idi. Komanda olaraq qələbə qazanmaqdan böyük zövq aldım.

Meydana çıxdığımda komandam və azarkeşlər üçün əlimdən gələnin ən yaxşısını edirəm. Bir həftədə ardıcıl iki qələbə qazandıq. Lakin arxayınlaşmaq olmaz. Bazar günü Premyer Liqada qarşılaşacağımız "Kristal Palas"la görüşə köklənməliyik. Ümid edirəm ki, həmin matçda da 3 xal qazanacağıq".

Xəbər 626 dəfə oxundu.