“Qəbələ” bu dəfə qalib gəldi
Antalyanın Bələk bölgəsində hazırlıqlarını davam etdirən “Qəbələ” klubu bu gün Türkiyədə üçüncü sınaq matçına çıxıb. İdman.com.az saytı xəbər verir ki, “qara-qırmızılar”ın rəqibi Ruminiyanın “Vitorul Konstanta” komandası olub.
İlk 2 sınaq görüşündən fərqli, bu dəfə “Qəbələ” qalib gəlməyi bacarıb – 1:0.

Xatırladaq ki, "Qəbələ" ilk sınaq matçında 1:2 hesabı ilə Qazaxıstanın “Atırau” klubuna uduzmudu. Növbəti, Ukrayna “Krivbass” ilə görüşdə də eyni nəticə qeydə alınmışdı (1:2).

Xəbər 899 dəfə oxundu.