Robin Olsen: Qəbələyə qarşı istədiyimiz kimi oynaya bilmədik
Yunanıstanın PAOK klubunun qapıçısı Robin Olsen Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. O, klub saytına açıqlamasında qolsuz bitən görüşlə bağlı bunları söyləyib:

"Çətin oyun oldu. Biz yaxşı komandaya qarşı, özü də onun meydanında oynayırdıq. Biz istədiyimiz kimi yaxşı oynaya bilmədik. Növbəti oyunu öz stadionumuzda keçirəcəyik. Qarşıdakı oyunlarda daha yaxşı nəticələrə imza atmaq istəyirik. İstədiyim kimi sevincli deyiləm".

Xəbər 623 dəfə oxundu.