"Futbolçulara dedim ki, bu dəfə qol buraxmasalar, onlara pitsa alacam" | |
"Lester"in baş məşqçisi Klaudio Ranyeri "Stok Siti" ilə oyun ərəfəsində futbolçularına vəd verib. Ranyeri bu qarşılaşmada qol buraxmayacaqları təqdirdə, hər bir futbolçuya pitsa alacağını bildirib. "Lester" 5 turdan sonra 11 xal toplayaraq, turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Ancaq komanda bütün oyunlarda qol buraxıb: "Futbolçulara dedim ki, "Stok"la oyunda qol buraxmasalar, onların hər birinə pitsa alacam. Ola bilsin ki, onlar pitsanı sevmirlər. O da ola bilər ki, futbolçularım onlara hot-doq almağımı istəyirlər". |
|
Xəbər 654 dəfə oxundu. |
|
|