Lionel Messi yerdə qalan rəqib oyunçunun yanına getdi, sığalladı
Çempionlar Liqasının qrup mərhələsində "Barselona"nın səfərdə "Roma" ilə 1:1 bərabərə qaldığı görüşdə maraqlı bir epizod qeydə alınıb.

Kataloniya klubunun forvardı Luis Suaresin fərqləndiyi zaman komanda yoldaşları qol sevincini bölüşərkən, Lionel Messi yerdə qalan rəqib oyunçunun yanına gedib. Bu hərəkət azarkeşlər tərəfindən rəğbətlə qarşılanıb.

Xəbər 782 dəfə oxundu.