"Üzülməyə dəyməz" - Aleksey Qay
Tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsində iştirak edən "Qəbələ" ilk matçında Yunanıstan PAOK-u ilə bərabərə qalaraq aktivinə 1 xal yazdırdı. Qarşılaşmadan sonra açıqlama verən "qırmızı-qaralar"ın ukraynalı yarımmüdafiəçisi Aleksey Qay qolsuz başa çatan matçı şərh edib:

"İlk hissədə oyunumuz elə də yaxşı alınmadı. İkinci hissədə isə fərqli futbol sərgiləyərək hücuma atıldıq. Qol şanslarımız olsa da, bundan yararlana bilmədik. Qarşılaşmanı 3 xalla başa vurmadığımıza görə üzülməyə dəyməz. Qarşıda hələ oyunlarımız var. Heyətlə bağlı dəyişikliyə gəlinvə, inanmıram ki, bu amil çıxışımıza mənfi təsir göstərsin. Nəzərə alaq ki, iki cəbhədə mübarizə aparmaq bir qədər çətindi. Hücumda artırmağımız şərtdi. Bunun üçün əlimizdən gələni edəcəyik".

Xəbər 671 dəfə oxundu.