Rumıniyanın ən tutullu komandası ciddi problemlə qarşılaşıb
Rumıniyanın ən tutullu komandası “Styaua” ciddi problemlə qarşılaşıb.

“Styaua”nın 1997-ci ilə, ordu ilə əlaqələri kəsilənə qədər qazandığı bütün titullar əlindən alına bilər. Təkcə 1986-cı ildə qazanılan Çempionlar kubokundan savayı.

Rumıniyanın müdafiə nazirliyi “Styaua” ilə məhkəmə çəkişməsindədi. Nazirlik klubu ordunun simvollarından istifadə etməkdə ittiham edir.

Qazanılan titulların da kimə - kluba, yoxsa müdafiə nazirliyinə məxsus olduğunu da məhz məhkəmə müəyyənləşdirməlidi. Nazirlik simvoldan istifadəyə görə klubdab hər ay 60 min avro tələb edir.
Klub rəhbərliyi isə bu iddianı əsassız hesab edərək, sona qədər mübarizə aparacaqlarını bildiriblər.

“Styaua” Çemionlar Kubokunu, Avropa Superkubokunu qazanmaqla yanaşı, 18 dəfə Rumıniya çempionu olub. Klub Rumıniya kubokunu da 18 dəfə qazanıb.
uf

Xəbər 823 dəfə oxundu.