Dimitris Pelkas: Qazonun vəziyyəti acınacaqlı idi
Yunanıstanın PAOK klubunun yarımmüdafiəçisi Dimitris Pelkas Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. o, klub saytına açıqlamasında qolsuz bitən görüşlə bağlı bunları söyləyib:

"Biz üç xal qazanmağa, öz futbolumuzu sərgiləməyə çalışırdıq. Qazonun vəziyyəti dəhşət acınacaqlı idi. Stadion kiçik idi, rəqib də müdafiədən oynamağa çalışırdı. Buna baxmayaraq, bir neçə qol vəziyyəti yaratsaq da, bundan yararlana bilmədik. İlk oyunda uduzmadıq, bir xal da normal nəticədir. Qarşıdakı oyunlara baxmalıyıq. Futbolda yaxşı və pis günlər olur. "Qəbələ" ilə oyunda mənim ötürmələrim nəsə alınmırdı. Hələ həftədə iki dəfə oynamağa alışmamışam. Amma bu, müvəqqətidir. Daha çox çalışmalı və növbəti oyunlarda uğur qazanmalıyıq. Hər bir oyuna ayrıca yanaşmaq lazımdır".

Xəbər 600 dəfə oxundu.