"Kəpəz"in ofsayddan qol vurduğu təsdiqləndi, yan xətt hakimi cəza aldı
Ötən gün AFFA-da iclas olub.

İclas son turdakı hakim idarəçiliyi ilə bağlı olub.

Əsas müzakirə mövzusu isə "Kəpəz" - AZAL matçı olub. Bizə ötürülən informasiyaya görə, iclasda AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov da iştirak edib. Komitə sədri videotəkrara baxdıqdan sonra "Kəpəz"in qolunun oyundankənar vəziyyətdən vurulduğunu öz gözü ilə görüb. Buna görə də hakimlər briqadasına, xüsusilə də epizodu gözdən qaçırdan yan xətt hakimini sərt tənqid edib. Bundan başqa, yan xətt hakiminin bir-neçə turluq cəzalandırıldığı da deyilir.

Xəbər 605 dəfə oxundu.