Lyuk növbəti əməliyyata hazırlaşır
Çempionlar Liqasının qrup mərhələsində PSV ilə oyunda zədələnən "Mançester Yunayted”in futbolçusu Lyuk Şounun zədələnməsdindən xəbərdarsınız. Yayılan ilkin məlumatlara görə, 20 yaşlı futbolçu ən tez 6 ay ərzində yaşıl meydanlara dönə biləcək. Zədəsinin ciddiliyinə görə bir dəfə Eyndhoven xəstəxanasında əməliyyat olunan futbolçu növbəti əməliyyata hazırlaşır. Belə ki,cərrahi əməliyyatın bu gün baş tutacağı gözlənilir.

Qeyd edək ki, PSV ilə qarşılaşmada Şounun ayağı qırılmışdı.

Xəbər 693 dəfə oxundu.