Avropa çempionatına 1 cüdoçu ilə
Bu gün Avstriyada gənc cüdoçular arasında Avropa çempionatına start veriləcək. 2 gün davam edəcək yarışda Azərbaycan millisi 1 idmançı ilə təmsil olunacaq.

Komandamızın heyətində Firudin Dadaşov (90 kq) gücünü göstərməyə çalışacaq. O, tatamiyə sabah çıxacaq.

Xəbər 679 dəfə oxundu.