“Bakı” tilsimi qıra biləcəkmi?
Bu gün “Bakı” Antalyadakı hazırlıqda 4-cü yoxlama oyununu keçirəcək. İdman.com.az saytı xəbər verir ki, “zolaqlılar” Kiyev “Arsenal”ı ilə görüşəcək. Oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Qeyd edək ki, bakılılar ilk 3 oyunda “AZ Alkmaar”a (Niderland) 1:5, “İnqolştad”a (Almaniya) 0:4, “Panduri”yə (Rumıniya) 0:1 hesabları ilə uduzub.

Xəbər 1097 dəfə oxundu.