Dünya Kuboku: Şahmatçılarımız 1/8 final arzusunda - YENİLƏNİR
Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda bu gün 1/16 final mərhələsinin cavab oyunları baş tutacaq. III mərhələdə mübarizəni davam etdirən Azərbaycan millisinin 3 qrossmeysteri də ikinci görüşlərinə çıxacaqlar.

1/8 finalda vəsiqə üçün həmyerlilərimizdən Şəhriyar Məmmədyarova heç-heçə də kifayət edəcək. Teymur Rəcəbovla Qədir Hüseynov isə cütün taleyini tay-brekə saxlamamaq üçün mütləq qələbə qazanmalıdı.

Dünya Kuboku
1/16 final, cavab oyunları

Teymur Rəcəbov (Azərbaycan) - Peter Svidler (Rusiya)
İlk oyun: 0,5:0,5
Qədir Hüseynov (Azərbaycan) - Dinq Liren (Çin)
İlk oyun: 0,5:0,5
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Seturaman (Hindistan)
İlk oyun: 1:0

Qeyd edək ki, həmyerlilərimizdən Eltac Səfərli və Vasif Durarbəyli ilk, Rauf Məmmədov ikinci mərhələdə mübarizəni dayandırıb.

Xəbər 707 dəfə oxundu.