PAOK-un baş məşqçisi: "Qəbələ" ilə səfərdə oynamaq asan olmadı"
Yunanıstanın PAOK klubunun baş məşqçisi İqor Tudor Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib.

O, qolsuz bitən görüşdən sonra bunları söyləyib:

"Komandam yaxşı oynadı. Amma qələbə qazana bilmədik və bir xalla kifayətlənməli olduq. Fikrimcə, bu da pis nəticə deyil. Çünki uduza da bilərdik. "Qəbələ" ilə səfərdə oynamaq asan olmadı. Həm də ilk oyunlar heç vaxt asan keçmir".

"Hər bir baş məşqçinin oyunla bağlı öz düşüncələri olur. Əvəzetmələr qələbə qazanmağa hesablanır. Biz də qol vurmaq istəyirdik. Ona görə də riskə getdik. Mümkündür ki, bəzi futbolçular tam formada deyil. Qol vurmasan, qələbə də qazana bilməzsən. Qarri Rodriqes bu gün yaxşı oynadı. O, təkbətək mübarizələrdə çox yaxşıdır. Dimitar Berbatova gəlincə, o, hələ əsas heyətdə meydana çıxmağa hazır deyil. Ona vaxt lazımdır. Bu futbolçunun müdafiəni yarmaq bacarığı var. Berbatovun ustalığından yararlanmağa çalışacağıq".

Xəbər 718 dəfə oxundu.