Qurban Qurbanov: Məğlub olmaq istəmirdik
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsi çərçivəsində İngiltərənin "Tottenhem" klubuna qarşı keçirdikləri oyunu şərh edib. Ağdam klubunun çalışdırıcısı 1:3 hesabıyla bitən görüşdən sonra bunları söyləyib:

"Bu oyunda uduzmaq istəmirdik. Rəqibi qələbə münasibətilə təbrik edirəm. "Tottenhem" doğrudan da çox yaxşı komandadır. Biz bunu oyundan öncə də bilirdik. Bizim futbolçular bəzi epizodlarda düşünülməz səhvlərə yol verdilər. 1:2 və ya 1:3 hesabıyla uduzmağın fərqi yox idi, biz qol vurub, hesabı bərabərləşdirmək istəyirdik. Bu oyunda futbolçularımızın həyəcanlı olduğu da hiss olunurdu. Amma mən oyunçularıma inanıram".

Xəbər 820 dəfə oxundu.