"Roma"nın qapıçısı sıradan çıxdı
Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda "Barselona" ilə bərabərə qalan "Roma" ciddi itkiylə üzləşib.

Paytaxt təmsilçisinin qapıçısı Voyçex Şesni zədələnərək sıradan çıxıb.

İkinci hissənin əvvəllərində "Barselona"nın hücumçusu Luis Suareslə toqquşmada sol əlindən zədələnən polşalı qolkiper bu gün tibbi müayinədən keçib. Şesninin 4-6 həftə yaşıl meydanlardan kənar qalacağı bildirilir.

Xəbər 630 dəfə oxundu.