Şəhriyar Məmmədyarovun Dünya Kubokunun dördüncü dövrəsinə çıxmaq şansı yüksəkdir
Bakıda şahmat üzrə Dünya Kubokunun 1/16 final mərhələsinin ilk partiyaları başa çatıb. Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarovun bu dövrədə ilk görüşü qələbə ilə başa çatıb.

Hindistan şahmatçısı Seturaman Panayapan Seturaman ilə qara fiqurlarla oynayan Şəhriyar Məmmədyarov etibarlı müdafiə qurub. Şahmatçımız hücuma keçən rəqibinin səhvindən istifadə edərək onu məğlubiyyətə uğradıb.

Teymur Rəcəbov Rusiya qrossmeysteri Pyotr Svidler, Qədir Hüseynov isə Çin şahmatçısı Dinq Liren ilə heç-heçə oynayıb.

Dünya kubokunun üçüncü mərhələsinə 32 şahmatçı keçib.

Üçüncü dövrənin matçları sentyabrın 17-18-də keçirilir. Lazım gələrsə, sentyabrın 19-da əlavə partiyalar oynanılacaq.

Xəbər 650 dəfə oxundu.