Qəbələ Bakı Metropoliteninə müraciət etdi, müsbət cavab aldı
Bu gün "Qəbələ" UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Bakıda - "Bakcell Arena"da Yunanıstanın PAOK komandasını qəbul edəcək. Matç saat 22:00-da start götürəcək.

"Qəbələ" İdman Klubu qarşılaşmanın gec saatda başa çatacağını nəzərə alaraq Bakı Metropoliteninə bu gün iş rejiminin saat 01:30-dək uzadılması xahişi ilə müraciət edib. Müraciət Bakı Metropoliteni tərəfindən müsbət cavablandırılıb. "Qəbələ" İdman Klubu bu addıma görə Bakı Metropoliteninə təşəkkür edir.

Xəbər 692 dəfə oxundu.