“Qəbələ”nin ilk cəhdi - Yenilənir
Bu gün Avropa Liqasının qrup mərhələsinin ilk oyunları keçiriləcək.

Ölkəmizi ilk dəfə bu turnirin qrup mərhələsində təmsil edən "Qəbələ" də ilk sınağına çıxacaq. Roman Qriqorçukun komandası Yunanıstan PAOK-unu qəbul edəcək.

Qrup mərhələsinə yüksəlmək üçün "Dinamo" (Gürcüstan), "Çukariçki" (Serbiya), "Apollon" (Kipr) və "Panatinaikos"u (Yunanıstan) yolundan kənarlaşdıran "Qəbələ" eyni uğuru qrup mərhələsində də davam etdirmək istəyir.

Avropa Liqası. Qrup mərhələsi, 1- tur

17 sentyabr

22:00. Qəbələ - PAOK (Yunanıstan)
Baş hakim: Xavyer Estrada.
Köməkçi hakimlər: Miqel Martines, Teodoro Sobrino, Dieqo Barbero Sevilya.
Əlavə köməkçi hakimlər: Alejandro Hemandes, Santyaqo Xaime (hamısı İspaniya).
Bakı. "Bakcell Arena".

Xəbər 706 dəfə oxundu.