PFL "CBC Sport"a "yox" dedi, "Qarabağ"ın matçı canlı yayımlanmayacaq
Premyer Liqanın V turu çərçivəsində keçiriləcək 5 matçdan 3-ünün (AZAL - "İnter", "Neftçi" - "Xəzər Lənkəran" və "Qəbələ" - "Sumqayıt) "CBC Sport" kanalında yayımlanacağı barədə xəbər vermişdik.

"CBC Sport" telekanalı "Kəpəz" - "Qarabağ" matçının canlı yayımlanması üçün PFL-ə müraciət etmişdi.

Qeyd edək ki, "CBC Sport" rəsmi "facebook" səhifəsində müraciət barədə bunları qeyd edib:

“Kəpəz” – “Qarabağ” qarşılaşmasının canlı yayımlanması üçün danışıqlar aparıldı. Lakin PFL təqvimdə dəyişiklik edə bilmədiyindən məhz bu oyunları canlı verəsi olduq. “Kəpəz” – “Qarabağ” matçının yayımlanmaması ilə bağlı iradlarınızı xahiş edirik ki, Peşəkar Futbol Liqasına ünvanlayasınız".

Xəbər 972 dəfə oxundu.