Nokauta düşən boksçu dünyasını dəyişdi
Cənubi Afrika Respublikasının Şərqi Kap bölgəsində keçirilən boks turnirində bədbəxt hadisə baş verib.

Yerli boksçu Mzvanele Kompolo döyüşdən sonra ölüb.

Rinqə çıxan Kompolo ilk raundda nokaut olub. Vəziyyəti pisləşən əlcək sahibi xəstəxanaya aparılıb. Komaya düşən boksçunun həyatını həkimlərin səyinə baxmayaraq, xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, bənzər hadisə ötən həftə də baş verib. 28 yaşlı avstraliyalı boksçu David Braun döyüşün 12-ci raundunda nokaut olub. Huşsuz vəziyyətdə xəstəxanada qalan Braun 4 gündən sonra dünyasını dəyişib.

Report

Xəbər 772 dəfə oxundu.