Dünya Kuboku: Hüseynovdan heç-heçə, Rəcəbovla Məmmədyarovdan davam - YENİLƏNİR
Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda bu gün 1/16 final mərhələsinə start veriləcək. III mərhələdə Azərbaycan millisinin 3 qrossmeysteri də mübarizəni davam etdirəcək.

1/8 finala gedən yolda Teymur Rəcəbov, Qədir Hüseynov və Şəhriyar Məmmədyarovu gərgin oyunlar gözləyir. Çünki hər bir təmsilçimizin rəqibi kifayət qədər güclü və təcrübəlidi.


Dünya Kuboku
1/16 final, ilk oyunlar

Peter Svidler (Rusiya) – Teymur Rəcəbov (Azərbaycan)
Dinq Liren (Çin) – Qədir Hüseynov (Azərbaycan) - 0,5:0,5
Seturaman (Hindistan) – Şəhriyar Məmmədyarov (Azərbaycan)

Qeyd edək ki, həmyerlilərimizdən Eltac Səfərli və Vasif Durarbəyli ilk, Rauf Məmmədov ikinci mərhələdə mübarizəni dayandırıb.

Xəbər 633 dəfə oxundu.