Zərdabda rayon birinciliyi keçirilib
11-12 sentyabr tarixlərdə Zərdab rayonunda 15 sentyabr “bilik günü” münasibətilə Ciu-citsu idman növü üzrə rayon birinciliyi keçirilib.

Zərdab şəhəri, bölmənin idman zalında 40 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi bilik gününü qeyd etmək və rayonda idmanın Ciu-citsu növünü inkişaf etdirmək olub.

Sonda Zülqədər Rəşidli (27kq), Vaqif Əliyev (33 kq), Vüsal Rəhimli (40 kq), Anar Qocayev (47 kq), Orxan Nuriyev (55 kq) yüksək yerlərə layiq görülüblər.

Xəbər 674 dəfə oxundu.