Oyun maşına görə 40 dəqiqə gec başladı
Bu gün birinci divizionda 2-ci turun oyunları keçirilir.

Saat 13:30-da keçirilməsi planlaşdırılan MOİK - "Ağsu" oyunu 40 dəqiqə gecikməylə başlayıb. Buna səbəb isə təcili tibbi yardım maşınının stadiona gec gəlməsi olub.

Bu barədə məlumatı "Ağsu" klubunun rəsmi "facebook" səhifəsi yayıb.

Xəbər 718 dəfə oxundu.