Erik Lamela: Qarabağa qalib gəlməyimiz vacibdir
İngiltərənin "Tottenhem" klubunun yarımmüdafiəçisi Erik Lamela Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. O, bunları söyləyib:

"Qarabağ"ı məğlub etmək, qrup mərhələsinə uğurla başlamaq vacibdir. Uğur qazanmaq istəyiriksə, hər oyunda qələbə qazanmağımız lazımdır. Bu gün "Uayt Hart Leyn"də oynayırıq. Doğma meydan amili bizə kömək etməlidir. Yaxşı, gənc komandamız var və hər oyunda özünü göstərməyə çalışır".

Xəbər 629 dəfə oxundu.