​"Kəpəz" "Xəzər Lənkəran"ın futbolçusu ilə müqavilə imzalayıb
Gəncənin "Kəpəz" klubu heyətini daha bir futbolçu ilə gücləndirib. Gəncə təmsilçisi "Xəzər Lənkəran"ın hücumçusu Rəşad Eyyubovu heyətinə qatıb.

23 yaşlı oyunçu ilə bir illik müqavilə imzalanıb. O, yeni klubuna azad agent kimi keçib. Bu isə "Xəzər Lənkəran"a FİFA tərəfindən qoyulan transfer qadağasının qışadək qüvvədə olması ilə əlaqədardır. Futbolçu artıq iki gündür ki, "sarı-göylər"in düşərgəsindədir və komandanın məşqlərində iştirak edir.

Qeyd edək ki, Odessa futbol məktəbinin yetirməsi olan Rəşad Eyyubov 2011-ci ildə Azərbaycana gəlib. Onun Azərbaycanda ilk klubu Zaqatalanın "Simurq" klubu olub.

Xəbər 629 dəfə oxundu.