Tottenhemin futbolçusu: Qarabağı doğma meydanda qəbul etməyimiz bizim üçün üstünlükdür
İngiltərənin "Tottenhem" klubunun yarımmüdafiəçisi Tomas Kerroll Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. O, bunları söyləyib:

"Fikrimcə, rəqibi "Uayt Hart Leyn"də qəbul etməyimiz bizim üçün üstünlükdür. Kifayət qədər yaxşı kollektivimiz var. Komandamız Premyer Liqadakı son qələbənin davamını Avroliqada da gətirə bilər. Bu qələbə "Qarabağ"la oyunda qələbə qazanmaq, qrup mərhələsinə uğurla başlamağımız üçün bizə əlavə güc verir. Səfərdə qələbə qazanmışıq. İndi isə doğma meydanda da qələbə qazanıb, azarkeşlərimizi sevindirmək istəyirik. Bu, əla ssenari olar".

Xəbər 641 dəfə oxundu.