"Beşiktaş" "Skenderbeu"ya, "Fənər" "Molde"yə qarşı - Yenilənir
Bu gün Avropa Liqasının qrup mərhələsinə start veriləcək.

Ölkəmiz ilk dəfə qitənin ikinci dərəcəli klub turnirində iki klubla təmsil olunacaq.

Ağdam "Qarabağ"ı ardıcıl ikinci il Avropa Liqasında çıxış edəcəksə, "Qəbələ" qısa tarixi ərzində ilk dəfə adıçəkilən turnirin qrup mərhələsində mübarizə aparacaq.

"Qarabağ" ilk oyununda səfərdə "Tottenhem"lə, "Qəbələ" isə evdə PAOK-la qarşılaşacaq.

Çempionlar Liqasında "Şaxtyor"a uduzaraq Avropa Liqasının qrup mərhələsində mübarizə aparmaq hüququ qazanan "Fənər" evdə Norveç "Molde"siylə üz-üzə gələcək..

Türkiyənin turnirdəki digər təmsilçisi "Beşiktaş" isə səfərdə Albaniya "Skenderbeu"suyla qarşılaşacaq.

Avropa Liqası, qrup mərhələsi

17 sentyabr

A qrupu

22:00 Ayaks (Hollandiya) - Seltik (Şotlandiya)
22:00 Fənərbaxça (Türkiyə) - Molde (Norveç)

B qrupu

22:00 Bordo (Fransa) - Liverpul (İngiltərə)
22:00 Sion (İsveçrə) - Rubin (Rusiya)

C qrupu

22:00 Borussiya (Dortmund, Almaniya) - Krasnodar (Rusiya)

D qrupu

22:00 Midtyulland (Danimarka) - Legiya (Polşa)
22:00 Napoli (İtaliya) - Brügge (Belçika)

E qrupu

22:00 Rapid (Avstriya) - Vilyarreal (İspaniya)
22:00 Viktoriya (Plzen, Çexiya) - Dinamo (Minsk, Belarus)

F qrupu

22:00 Qroningen (Hollandiya) - Marsel (Fransa)
22:00 Slovan (Liberets, Çexiya) - Braqa (Portuqaliya)

G qrupu

00:05 Sent-Etyen (Fransa) - Rusenborq (Norveç)
00:05 Dnepr (Ukrayna) - Latsio (İtaliya)

H qrupu

00:05 Skenderbeu (Albaniya) - Beşiktaş (Türkiyə)
00:05 Sportinq (Portqaliya) - Lokomotiv (Rusiya)

İ qrupu

00:05 Lex (Polşa) - Belenenseş (Portuqaliya)
00:05 Fiorentina (İtaliya) - Bazel (İsveçrə)

J qrupu

00:05 Anderlext (Belçika) - Monako (Fransa)

K qrupu

00:05 Asteras (Yunanıstan) - Sparta (Çexiya)
00:05 APOEL (Kipr) - Şalke (Almaniya)

L qrupu

00:05 Partizan (Serbiya) - Alkmaar (Hollandiya)
00:05 Atletik (Bilbao, İspaniya) - Auqsburq (Almaniya)

Xəbər 674 dəfə oxundu.