""Metallist" Avropanın güclü klublarından hesab olunur"
"Təlim-məşq toplanışımız yüksək səviyyədə keçir. Məşqçilərin tapşırığını həvəslə yerinə yetiririk". İdman.com.az saytının xəbərinə görə, bunu "Neftçi" klubunun futbolçusu Ruslan Abışov deyib.

Gənc müdafiəçi ”ağ-qaralar”ın Antalyada keçirdiyi hazırlıq prosesi ilə bağlı təəssüratlarını bölüşüb: "Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Qədirovun xatirəsinə həsr olunan beynəlxalq turnirdə iştirak etməyə hazırlaşırıq. Bildiyiniz kimi, ilk rəqibimiz Xarkovun "Metallist" klubu olacaq. "Metallist" hazırda əla heyətə malikdir. Bu komanda artıq nəinki Ukraynanın, Avropanın da güclü klublarından hesab olunur. İnanıram ki, azarkeşlər maraqlı oyunun şahidi olacaqlar".

Xəbər 872 dəfə oxundu.