“Qələbənin dadını unutmuşdum”
“Çoxdandı bu cür qalib gəlmirdik. Qələbənin dadını unutmuşdum”. Bu sözləri “Çelsi”nin baş məşqçisi Joze Mourinyo deyib.

Çempionlar Liqasının cari mövsümündə ilk oyununda Təl-Əviv “Makkabi”sini qəbul edən “zadəganlar” 4:0 hesablı qələbə qazanıblar.

Bu görüşü şərh edən Mourinyo nəticədən və oyundan razılığını dilə gətirib: “Qələbə qazanmaq çox gözəl hissdi. Qola çevirə bilmədiyimiz penalti bizim üçün dərs oldu. Xarakter nümayiş etdirdik. Həm oyundan, həm də hesabdan razı qaldım. Əgər bu oyunda qələbə qazana bilməsəydik, “Arsenal”la matça necə hazırlaşacağımızı təsəvvür edə bilmirdim”.

Qeyd edək ki, “Çelsi” İngiltərə Premyer Liqasının cari mövsümündə 5 turdan sonra cəmi 4 xal qazanıb.

Xəbər 639 dəfə oxundu.