Azərbaycan Belçikaya qarşı
19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması bu gün ikinci oyununa çıxacaq. Yığmamız Uelsin Osvestri şəhərindəki Park Hall stadionunda Belçika komandası ilə qarşılaşacaq.

Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Xatırladaq ki, qrupun ilk oyununda yığmamız Uels millisini 4:1 hesabı ilə məğlub edib.

Xəbər 767 dəfə oxundu.