Qarabağı Tottenhemlə matçda dəstəkləyəcək azarkeşlər artıq Londondadır
Xəbər verdiyimiz kimi, "Qarabağ" Avropa Liqasının qrup mərhələsi çərçivəsində İngiltərə "Tottenhem"inə qarşı oyunda dəstəksiz qalmayacaq. Böyük Britaniyada yaşayan həmyerlilərimiz artıq Londona gəlməyə başlayıblar.

Əldə etdiyimiz son məlumata görə, "Uayt Hart Leyn" stadionunda keçiriləcək qarşılaşmada azı 150 "Qarabağ" azarkeşi olacaq. Ağdam klubu həmin azarkeşləri biletlərlə də təmin edəcək.

Xəbər 696 dəfə oxundu.