PAOK-un Dodo planı
Bu gün Avropa Liqasının qrup mərhələsinin ilk matçında Bakıda "Qəbələ"nin qonağı olacaq PAOK Dodonu "qaralayıb".

Yunanların baş məşqçisi İqor Tudor bu futbolçunun "Panatinaikos"a qarşı oyununu xüsusi izləyib və ona qarşı xüsusi plan qurub.

Müdafuəçilərə tapşırılıb ki, braziliyalı futbolçuya boş zona verilməsin və onun cərimə meydançasına sərbəst daxil olmasına imkan verilməsin. Bir sözlə, bu gün Dodonun işi çox çətin olacaq.

Xəbər 647 dəfə oxundu.