"Seltik" klubu maraqlı bəyanat yayıb
Şotlandiyanın "Seltik" klubu azarkeşlərin çoxsaylı şikayətlərini nəzərə alaraq maraqlı bəyanat yayıb.

"Seltik" azarkeşlərdən stadiona duş qəbul edərək gəlmələrini xahiş edib. Buna səbəb kimi bəzi azarkeşlərdən gələn pis tər qoxusunun digər azarkeşləri rahatsız etməsidir.

"Seltik" klubunun azarkeşlərlə əlaqə bürosunda çalışan Con Pol Teylor çoxsaylı şikayət məktublarını aldıqlarını, amma, bunların adlarını açıqlmayacaqlarını bildirib.

Xəbər 675 dəfə oxundu.