"Xəzər Lənkəran" üçün daha bir pis xəbər
Son günlər "Xəzər Lənkəran" ən ağır dönəmlərindən birini yaşayır.

FİFA-nın məlum qərarından sonra yayda transfer olunan futbolçular da bir-bir düşərgəni tərk etməyə başladı.

Problemlər tək bununla bitmir. İş ondadır ki, əldə olan heyətdə də problemlər var. Məsələn Salidu Tounkaranın sentyabrda yaşıl meydançalara dönəcəyi gözlənilirdi. Lakin bu yaxınlarda həkimlərdən gələn xəbər baş məşqçi Yunis Hüseynovun qanını əməlli-başlı qaraldıb. Məlum olub ki, sözügedən futbolçu yalnız oktyabrın ortalarında futbola qayıda biləcək. Həllksə o, zədəsini tam olaraq sağaltmalıdır.

Xəbər 725 dəfə oxundu.