Lempard ABŞ klubunda ilk qolunu vurdu
Frank Lempard "Nyu-York Siti" ilə müqavilə imzaladıqdan 14 ay sonra ilk qolunu vurub.

İngilis oyunçu MLS liqasında "Toronto"ya qarşı matçda fərqlənib. "Nyu-York Siti"nin 2:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada F.Lempard 20-ci dəqiqədə qol vurub.

F.Lempard daha çox qol vurmağa çalışacağını deyib:

"Zədə səbəbindən mövsümə yaxşı formada başlaya bilmədim. Amma getdikcə əvvəlki formamı yığmağa başlayıram. İnsanlar mənim əsl gücümü görmək istəyir. Daha çox qol vurmağa çalışacam".

Xəbər 642 dəfə oxundu.